Ukraynada Azərbaycanın Milli Qəhrəmanı Aleksandr Kalyaninovun adına təqaüd təsis ediləcək.
Oxuməni.az xəbər verir ki, bu barədə Ukraynanın Bakıdakı səfiri Yuri Qusev öz “Facebook” səhifəsində məlumat verib.
“Sərnişinlərin həyatını xilas edən pilotlar arasında Aleksandr Kalyaninov da olub. O,Kropivnitskidəki Ukrayna Dövlət Uçuş Akademiyasında magistratura pilləsini bitirib. Akademiyanın rəhbərliyi Ukraynanın xalq deputatı Roman Qrişukun və Ukraynanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə universitetin sinif otaqlarından birinə Aleksandr Kalyaninovun adının verilməsinə qərar verib,”-o qeyd edib.
Diplomatın sözlərinə görə, Azərbaycan diasporu, Ukrayna Dövlət Uçuş Akademiyası və Ukraynanın Bakıdakı səfirliyi ilə birlikdə Kropivnitskidəki akademiyada təhsil alan gələcək azərbaycanlı pilotlar üçün Aleksandr Kalyaninov adına təqaüdün təsis edilməsi imkanını nəzərdən keçirir.
“O faciəli uçuşun 29 sərnişininin həyatını xilas edən qəhrəman pilotlara əbədi xatirə olsun. Bu faciəyə görə məsuliyyət daşıyanların hamısı ədalət naminə, onların xatirəsi və gələcəyi naminə ən ağır cəzanı çəksin”, - deyə Yuri Qusev əlavə edib .
Almaz Həsənli
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




















.jpg)










.jpg)
















.jpg)




