Tiflis Şəhər Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin artıq digər maddələr üzrə cəza çəkməsinə baxmayaraq, sərhədi qanunsuz keçmə işi üzrə həbs qətimkan tədbirini qüvvədə saxlayıb.
Axar.az xəbər verir ki, bu barədə “İnterpressnyus” agentliyi məlumat yayıb.
Məlumata görə, dekabrın 24-də keçirilən iclasda Saakaşvilinin vəkili Beka Basilaya həbsin ləğvi barədə vəsatət qaldırıb.
Vəkilin sözlərinə görə, həbs kimi qətimkan tədbirinin seçilməsi üçün heç bir əsas yoxdur, çünki məhkəmə tezliklə iş üzrə hökmü elan etməlidir və eks-prezident artıq həbsdədir.
Hakim Mixail Cincolia isə izah edib ki, Saakaşvilinin qaçması və ya yeni cinayət törətməsi təhlükəsi davam edir, ona görə də həbsin ləğvi ilə bağlı vəsatətdən imtina edilib.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




















.jpg)










.jpg)
















.jpg)




