Ucarda rabitə dirəklərindən kommunikasiya kabelləri oğurlayan qohumlar saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rəbitə dirəklərindən ümumi dəyəri 10 000 manata yaxın olan TPP tipli kabel oğurlayan rayon sakinləri Vüsal Fərzəliyev, Nicat Cəfərov və Sənan Cəfərov saxlanılıblar.
Araşdırma zamanı adıçəkilən şəxslərin noyabr-dekabr ayları ərzində Ucar şəhəri və üç kəndi ərazisində olan rabitə dirəklərindən 2400 metrdən artıq kommunikasiya kabellərini kəsdikləri, tərkibində olan əlvan metalları metal qəbulu məntəqələrinə satdıqları və əldə etdiyi pulları öz aralarında böldükləri müəyyən edilib.
Faktla bağlı Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb.
V.Fərzəliyevin, N.Cəfərovun və S.Cəfərovun digər analoji faktlarda iştirakının olub-olmaması araşdırılır.
Azərbaycanpolisi.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































