Paytaxtın Nizami rayonu ərazisində 76 yaşlı bir kişiyə qarşı quldurluq cinayəti törədilib. Zərərçəkən polisə müraciət edərək yaşadığı evin qarşısında tanımadığı şəxslərin ona zor tətbiq edərək içərisində pul, sənədlər və digər qiymətli əşyalar olan çantasını ələ keçirdiklərini bildirib.
Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 45 yaşlı Valeh Abbasov və 21 yaşlı Röyal Əsədov saxlanılıblar. Həmin şəxslərin etdikləri əməl ərazidəki kameralar vasitəsilə də anbaan qeydə alınıb.
Şöbə əməkdaşları tərəfindən həyata keçirilən daha bir tədbir zamanı dekabrın 13-ü saat 15 radələrində Q.Qarayev prospektində 55 yaşlı qadının qızıl boyunbağısını qoparıb qaçan əvvəllər məhkum olunmuş 1991-ci il təvəllüdlü Rahib Babayev də saxlanılıb.
Hər iki faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir. Məlumatı Mia.gov.az yayıb.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




















.jpg)










.jpg)
















.jpg)




