Boliviyanın Tarixa Departamentinin Prokurorluğu insan alverində şübhəli bilinən ölkənin keçmiş prezidenti Evo Moralesə qarşı ittiham irəli sürüb,bu barədə “El Deber” qəzeti məlumat yayıb.
Nəşr prokuror Sandra Qutyerresdən sitat gətirir: “İnsan alveri ilə bağlı rəsmi ittiham irəli sürülüb. Dindirmə çağırışına tabe olmadıqları üçün iki nəfərin saxlanılması üçün order olub və indidə var ".
Onun sözlərinə görə, prokurorlar həmçinin sərhəd orqanlarından Moralesin ölkədən qaçış riski barədə məlumatlandırılmasını istəyiblər. Məhkəmə yaxın günlərdə eks-prezidentin həbsə alınması ilə bağlı prokurorun vəsatətinə baxılması üçün vaxt təyin etməlidir.
İnsan alveri qurbanının anası da ittiham olunub. Müstəntiqlərin fikrincə, 15 yaşlı qızın valideynləri onu Moraleslə dövlət sektorunda karyera qurmaq üçün təqdim ediblər. Oktyabrın əvvəlində Boliviyanın ədliyyə naziri Sezar Sayles bildirib ki, eks-prezidentlə münasibəti nəticəsində azyaşlı uşaq hamilə qalıb.
2020-ci ildə Prezidentin səlahiyyətlərini müvəqqəti icra edən Janin Áñyezin rəhbərliyi zamanı fəaliyyət göstərən hökumətin tərkibində Ədliyyə Nazirliyi azyaşlıya təcavüzdə şübhəli bilinərək Moralesə qarşı istintaq başlatdı, lakin tamamlanmadı. Eks-prezident özünü siyasi təqib qurbanı hesab edir.
Almaz Həsənli
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




















.jpg)










.jpg)
















.jpg)




