Mərhum eks-prezident Əbülfəz Elçibəyin Binəqədi rayonunun Rəsulzadə qəsəbəsindəki Əlixanov küçəsi-38 ünvanında yerləşən evi qarət olunub.
Hadisə ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçiriblər. Əməliyyat nəticəsində oğurluq edən şəxs saxlanılıb.
Modern.az saytı hadisə ilə bağlı yeni məlumat əldə edib. Məlum olub ki, faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə (oğurluq) cinayət işi başlanıb.
Əməli törətməkdə şübhəli bilinən Səmid Cəfərov adlı şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.
Mərhum eks-prezidentin yaxın qohumu Çingiz Özgür hadisənin təxminən 2 ay öncə baş verdiyini deyib:
"Oğurluq hadisəsi təqribən 2 ay əvvəl baş verib. Oğrunu dərhal tutublar. Azərbaycan polisi çox ciddi işləyib. Bir neçə saat sonra oğru saxlanılıb. Oğurluq zamanı həmin evdə yaşayış olmayıb. Oğurlanan əşyaları qiymətləndirmək dövlətin, ekspertlərin işidir. Oradakı əşyaların çox böyük mənəvi dəyəri var. Qarət zamanı oğru ona lazım olan, sata biləcəyi şeyləri götürüb. Evə çox zərər dəyib. Hətta rəhmətlik Bəyin maşınına da zərər vurulub".
Qeyd edək ki, Əbülfəz Elçibəy Azərbaycanın ikinci prezidenti olub və 1992-1993-cü illərdə ölkəyə rəhbərlik edib.
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































