Xalq artisti Ağadadaş Ağayevin “Medera Hospital”a qarşı qaldırdığı mülki iddia üzrə məhkəmə prosesi keçirilib.
Report xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə iddiaçı tərəf iştirak etməyib.
Mülki işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub. Proses yanvarın 16-da davam edəcək.
Xalq artistinin iddiasında hospitalda baş verən insidentlə şərəf və ləyaqətinə, həmçinin işgüzar nüfuzuna zərər dəydiyi bildirilir. Ağadadaş Ağayev "Medera Hospital"dan ona dəyən 450 min manata yaxın mənəvi ziyanın ödənilməsini tələb edir.
Həmçinin “Medera Hospital”da Ağadadaş Ağayevə qarşı mülki iddia qaldırıb. Xatırladaq ki, hadisə bu ilin iyul ayında baş verib. Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva xalq artistinin cinayət işində zərərçəkən qismində tanınıb. Eləcə də, onun mübahisə etdiyi Nurəddin Cəlilov barəsində də cinayət işi açılıb.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“



















































.jpg)

.jpg)
