Vidadi Zeynalovun oğlunun ölkədən çıxışına qadağa qoyuldu
16 Sentyabr 15:22
Sumqayıtdakı partlayış zamanı xəsarət alan şəxslərdən daha biri ölüb.
“Report”un məlumatına görə, partlayış zamanı xəsarət alan 2007-ci il təvəllüdlü Ayxan Əliyev xəstəxanada dünyasını dəyişib.
Bununla da partlayışda ölənlərin sayı ikiyə çatıb.
Hazırda Ayxan Əliyevin və bacısı 2010-cu il təvəllüdlü Familə Əliyevanın müalicəsi davam etdirilir.
Qeyd edək ki, dekabrın 7-də Ayxan Əliyevin atası, 1977-ci il təvəllüdü Ramin Əliyev xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, dekabrın 3-də Sumqayıt şəhər 13-cü mikrorayon, 19 saylı binada partlayış baş verib. Nəticədə 6 nəfər xəsarət alıb.
Azərbaycanpolisi.az