Azərbaycan aviasiya tarixində baş verən ən ağır təyyarə qəzasından 29 il ötür.
1995-ci il dekabrın 5-də “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus göyərtəsində 76 sərnişin və 6 heyət üzvünün olduğu 56 saylı "Naxçıvan-Bakı" reysi ilə uçan Tu-134B tipli sərnişin təyyarəsi havaya qalxdıqdan bir qədər sonra, saat 18:00 radələrində qəzaya uğrayıb.
Bu, Azərbaycanın aviasiya tarixinə ən dəhşətli qəza kimi düşüb.
Məlumata görə, havaya qalxan təyyarə 60 metr hündürlük və saatda 317 km sürət yığdıqdan sonra mühərriklərdən birində problem olduğu aşkar edilir. Sol mühərrikin sıradan çıxmasına baxmayaraq, göyərtə mühəndisi səhvən sağ mühərriki söndürür.
Pilot isə təyyarə 197 metr hündürlükdə olarkən qəza enişi barədə qərar qəbul edir. Sürəti saatda 290 km-ə düşən təyyarə yaşayış binalarının olduğu sahə ilə üz-üzə gəlir. Pilotlar dəhşətli fəlakətdən yayınmaq üçün 37 dərəcə bucaq altında təyyarəni sağ tərəfdəki açıq sahəyə yönəltməyə çalışırlar.
Lakin onların bu cəhdi qəzadan xilas olmağa kifayət etmir və Naxçıvan şəhəri Xətai məhəlləsindəki (Sovetabad) şumlanmış sahəyə düşən təyyarə yüksək gərginlikli elektrik xətlərinə toxunaraq alışır. Qəza nəticəsində göyərtədə olan 82 nəfərdən 52-si həlak olur.
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“




















































.jpg)

.jpg)