Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Report-un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonunun Maşlıq kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, idarəetməni itirən "VAZ 2107" markalı minik avtomobili dirəyə çırpılıb. Hadisə nəticəsində iki nəfər - rayon sakini, 1961-ci il təvəllüdlü Mirzəcan Cəfərov və 1974-cü il təvəllüdlü Nazim Əlihünbətov müxtəlif bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadası tərəfindən rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanpolisi.az
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































