Ağdam Şəhər Günü Azərbaycanda ilk dəfə olaraq qeyd edilir.
2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İ.Əliyev, Ermənistan Respublikasının Baş naziri N. Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.Putin Qarabağla bağlı tarixi saziş imzalayıblar.
Onun bəndlərindən birinə görə, Ermənistan tərəfi noyabrın 20-dək Ağdam rayonunu Azərbaycana qaytarmağı öhdəsinə götürüb.
Beləliklə, 20 noyabr 2020-ci il tarixində Azərbaycanın qalib ordusu işğaldan azad edilmiş Ağdam rayonuna daxil oldu. Bu gün onun azadlığa çıxmasından 4 il ötür.
Bu əlamətdar hadisə ilə əlaqədar həmin gün dövlətimizin başçısı İlham Əliyev xalqa müraciət edərək Azərbaycan xalqını təbrik etdi.
Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, noyabrın 20-də Ağdam Şəhər Günü təntənəli şəkildə qeyd edilir.
Hazırda Ağdamda bərpa işləri gedir, yeni infrastruktur yaradılır, şəhər dirçəlir. İndi bərpa olunan şəhər öz ilkin sakinlərini - ağdamlıları gözləyir.
Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri 1993-cü il iyulun 23-də Ağdam rayonunun bir hissəsini işğal edib.
Almaz Həsənli
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




















.jpg)










.jpg)
















.jpg)




