BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) Ramya sərhəd bölgəsində yerləşən postu atəşə tutulub, nəticədə Qanadan olan dörd hərbçi yaralanıb.
Azərbaycanpolisi.az xəbər verir ki, bu barədə “Report” açıqlama yayıb.
“Ayrı-ayrı qeyri-hökumət qrupları tərəfindən buraxıldığı ehtimal edilən raket Ramya kəndindən şərqdə yerləşən UNP 5-42 bazasına düşüb, növbədə olan Qanadan dörd sülhməramlı yaralanıb. Yaralıların üçü Tir şəhərindəki hospitala müalicə üçün çatdırılıb”, – deyə məlumatda vurğulanıb.
Bildirilib ki, daha beş raket UNIFIL-in qərbi Livan cənubunda yerləşən Şamaa qəsəbəsindəki texniki xidmət mərkəzinə atılıb.
“Emalatxanaya ciddi ziyan dəysə də, sülhməramlılardan xəsarət alan olmayıb”, – deyə açıqlamada qeyd olunub.
Məlumata görə, üçüncü hadisə Xirbət-Silm kəndinin şimal-şərqindəki magistral yolda baş verib. Burada silahlı şəxs “mavi dəbilqə” patruluna atəş açıb, lakin sülhməramlılar arasında xəsarət alan olmayıb.
Qeyd edək ki, UNIFIL komandanlığı hər bir insidentin araşdırılmasına başlayıb və bu barədə Livan ordusunu məlumatlandırıb.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə.jpg)




















.jpg)










.jpg)
















.jpg)




