Yüksək texnologiyaların sürətli inkişafı nəticəsində internet hər bir kəsin həyatının ayrılmaz hissəsinə çevrilib. Hazırda böyüklər qədər uşaqlar da, virtual məkandan istifadə edirlər. İnternet uşaqlara informasiyaya çıxış, ifadə azadlığı və ictimai müzakirələrdə iştirak etmək hüququ verir.
Müasir dövrdə yeni texnologiyalar çox sürətlə yayılır və daim inkişaf edir. Uşaqlar planşetlərin, mobil telefonların, noutbukların ekranlarına baxmaqla gündə bir neçə saat virtual aləmdə vaxt keçirirlər. Hər bir uşağın yaşına uyğun informasiya əldə etmək hüququ var. Bununla yanaşı yayılan zərərli informasiyalar bütün cəmiyyət üzvləri ilə yanaşı, uşaqlara da ciddi zərər vurur.
Qanunvericilik uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
Uşaqların zərərli informasiyadan qorunması sahəsində əsas prinsiplər aşağıdakılardır:
- uşaqların mənafelərinin üstün tutulması, onların hüquq və azadlıqlarının təmin olunması;
- uşaqların həyat və sağlamlığı üçün təhlükəsiz olan, onların hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsullarının dövriyyəsinə şəraitin yaradılması;
- zorakılığın, qəddarlığın, narkotik vasitələrin və psixotrop maddələrin, alkoqollu və energetik içkilərin, habelə tütün məmulatlarının, cəmiyyət əleyhinə davranışın, pornoqrafik xarakterli informasiyanın təbliğinin yolverilməzliyi;
- zərərli informasiya məhsullarının dövriyyəyə daxil edilməsinin, o cümlədən informasiya texnologiyalarından istifadə etməklə uşaqlara qarşı törədilən hüquqpozmaların qarşısının alınması;
- uşaqların zərərli informasiyadan qorunması sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi.
Uşaqlar üçün zərərli informasiyalara - qanunvericiliklə nəzərdə tutulmuş qaydada uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya və müəyyən yaş qrupuna aid olan uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya aiddir.
Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya aşağıdakılar aiddir:
- zorakılığı və qəddarlığı təbliğ edən informasiya;
- cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən informasiya;
- uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya;
- ailə institutunu nüfuzdan salan informasiya;
- əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya.
Müəyyən yaş qrupuna aid uşaqlar arasında dövriyyəsi məhdudlaşdırılan informasiyaya aşağıdakılar aiddir:
- zorakılığı və qəddarlığı nümayiş edən informasiya;
- qeyri-məişət leksik (jarqon) məzmunlu informasiya;
- qorxu məzmunlu informasiya.
Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılmasına yol verilmir.
Məlumatı Respublika Baş Prokurorluğu yayıb.
Azərbaycanpolisi.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































