Astarada narkotik təsiri altında avtomobil idarə edən sürücü həbs edilib.
Bu barədə Azərbaycanpolisi.az "Report"a istinad edərək məlumat verir.
Yol Patrul Xidməti Alayının əməkdaşları narkotik vasitənin təsiri altında sükan arxasına əyləşən sürücünü ifşa edib.
Belə ki, Lənkəran rayon sakini Fuad Salayev Ələt-Astara yolunun Səpnəkəran kəndinin ərazisindən keçən hissəsində “VAZ” markalı avtomobillə hərəkətdə olarkən 7 min manata yaxın ödənilməmiş cəriməsi olduğu üçün saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib.
Müayinə zamanı Fuad Salayevin avtomobili narkotik vasitənin təsiri altında idarə etməsi müəyyən olunub və barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 20 gün müddətində inzibati qaydada həbs edilib.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




















.jpg)










.jpg)
















.jpg)




