Media və Yayım Şurası bəyanat yayıb
1 Noyabr 18:57
Kursk vilayətində "Narodnaya qazeta"nın baş redaktoru Yuliya Kuznetsova PUA-nın avtomobilə hücumu zamanı həlak olub, vilayətin qubernatoru Aleksey Smirnov bildirib.
Onun sözlərinə görə, jurnalist “redaksiyanın arxivini çıxarırdı və yeni materialında həmyerlilərinə ərazidəki vəziyyət barədə danışmaq istəyirdi”.
Nəşrin elektron çapı və tərtibatı operatoru, həmçinin yerli polis komissarı da yaralanıb. Onlar xəstəxanaya aparılıb.
Azərbaycanpolisi.az