ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində üç erməni əsilli şəxs ayı kostyumundan istifadə edərək fırıldaqçılığa əl atıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “CBS Nyus” məlumat yayıb.
Belə ki, şəhərdə eyni gündə 4 sakin avtomobilinin ayı hücumuna məruz qalaraq zərər görməsi səbəbindən sığorta şirkətinə təzminat üçün müraciət edib. Onlar bir ayının avtomobillərini cızdığına dair “videosübut” göndərərək, şirkətdən dəymiş zərərin qarşılığında pul alıblar.
Bu məsələ şirkətdə şübhə doğurub və görüntülər araşdırılması üçün polisə göndərilib. Los-Anceles polisi “Ayı pəncəsi” adlı əməliyyat nəticəsində 4 şübhəlini saxlayıb. Araşdırma zamanı videoların eyni yaşayış binasının yanında çəkildiyi ortaya çıxıb. Hətta görüntülər Kaliforniya Vəhşi Təbiət Departamentinin bioloquna izlədilib və ayının əslində real olmadığı üzə çıxıb. Məlum olub ki, həmin şəxslər ayı kostyumu geyinərək maşınlara bir-bir zərər vurub, sonra həmin anları sübut kimi qeydə alıblar. Avtomobillərdəki cızıqların da sərt və dərin olmaması bunu vəhşi bir heyvanın etmədiyi fikrini gücləndirib. Həmin şəxslər erməni əsilli ABŞ vətəndaşları Ruben Tamrazyan, Ararat Çirkinyan, Vahe Muradxanyan və bir yəhudi Alfiya Zukerman olublar. Şübhəlilər həbs edilib.

Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




















.jpg)










.jpg)
















.jpg)




