Bu gün Bakıda BMT-nin iqlim konfransı (COP29) çərçivəsində enerji təşəbbüsləri üzrə nazirlərin görüşü və Mərkəzi Asiya üçün enerji keçidi məsələlərinə dair investisiya forumu keçirilir.
Bundan əlavə, bu gün Azərbaycan Energetika Nazirliyinin rəhbəri Pərviz Şahbazov mətbuat konfransı keçirəcək.
İnvestisiya forumunda çıxış edən nazir bildirib ki, COP29 çərçivəsində aparılan müzakirələr Mərkəzi Asiya ilə yaşıl enerji tərəfdaşlığını gücləndirir.
Bundan əlavə, o, region ölkələri ilə aparılan işləri diqqətə çatdırıb və Azərbaycanın bərpa olunan enerji sahəsində layihələrin həyata keçirilməsində əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.
“Bu kontekstdə biz Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizinin həyata keçirilməsi üzrə strateji təşəbbüs üzrə əməkdaşlıq təşəbbüsü ilə çıxış etdik,” – Pəvriz Şahbazov bildirib.
Şahbazov deyib ki, dəhliz Xəzər dənizi-Qırmızı dəniz-Avropa və Azərbaycan-Türkiyə-Avropa dəhlizləri ilə birləşdirilən böyük, vahid “yaşıl” enerji platformasında mühüm həlqə kimi görünür.
Onun sözlərinə görə, bu konsepsiyaya Azərbaycan və Mərkəzi Asiyadan Türkiyə və Avropaya əhəmiyyətli həcmdə “yaşıl” enerji və hidrogen nəqli, enerji istehsalı və istehlakının əsas mərkəzlərinin inteqrasiyası daxildir.
Nazir əlavə edib ki, iri enerji layihələri təkcə enerjinin ötürülməsini təmin etmir, həm də sabit və dayanıqlı gələcək üçün yol xəritəsini formalaşdırır.
“Ümid edirik ki, bu forum və müzakirələr Mərkəzi Asiya ölkələri, Azərbaycan və investorlar arasında “yaşıl” enerji tərəfdaşlığını gücləndirəcək və birgə yanaşmamızın həyata keçirilməsinə töhfə verəcək,” – Pərviz Şahbazov vurğulayıb.
Almaz Həsənli
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




















.jpg)










.jpg)
















.jpg)




