Aparıcı Lalə Azərtaşın səsindən qumar oyununda istifadə edilib.
Bu barədə aparıcı "Təsir dairəsi" verilişində danışıb. O, adından 90 min manatlıq oyun oynanıldığını bildirib:
"Süni intellekt dönəmidir. Səsimizə bənzər səslərdən istidadə edərək onu yaya bilirlər. Sizcə, mən qumar oyununu təbliğ edərəm? Məni tanıyan buna inanmamalıdır. Amma bu gün 30-a yaxın qadın əllərində torba ilə bizim təhlükəsizlik xidmətinə yaxınlaşaraq, "bunu Lalə xanıma çatdırın, udacağım pulu bunun içə qoysun" deyə bildiriblər. Bilmirəm söhbət nədən gedir. Tiktokda efirdən olan görüntülərim mənim səsimə bənzər səslə paylaşılıb. 90 min manatlıq hansısa bir oyunun oynanıldığı deyilir. Adımdan sizdən nələrisə etmək istənilir. Mənim ağzımdan çıxan sözə "Xəzər Tv"də inana bilərsiniz. Burada mənim yerimə süni intellekt danışa bilmir. Siz mənə bu sualı verəndə belə bilməlisiniz ki, cavabı verən mənəm. Orada bilinir ki, mənim səsim deyil. Əməkdaşlarımız deyir ki, səsiniz bənzəyir. Texnologiya ilə səsimizi bənzətmək olar. Amma necə düşünürsünüz? Efirdə qumardan, narkotikdən, içkidən uzaq durun, erkən nikaha yox, deyən adam tiktokda "qumar oynayın" söyləyərmi? Özü də and içirəm ki, 90 min manat verəcəyəm. Bu dərəcədə insanların beyninə işləyirlər. Əgər bir daha belə bir şey olarsa, hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Bu çirkin işlərə məni qatmayın".
Azərbaycanpolisi.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































