ABŞ ayrıca kanal açıb, gəmiləri oradan keçirdir - Rayt
22 İyun 16:07
Almaniyada ukraynalı yük maşınının sürücüsü əcnəbi həmkarları tərəfindən öldürülüb.
Bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.
Münaqişəyə səbəb Rusiya prezidenti Vladimir Putin və Ukraynada keçirilən xüsusi əməliyyatla bağlı mövzular olub.
Hadisə noyabrın 9-da axşam saatlarında Baden-Vürtemberq əyalətinin Oberrot kəndi yaxınlığında baş verib. Müxtəlif ölkələrdən olan 4 sürücü yük maşını dayanacağında spirtli içki qəbul edib. Ukraynadakı xüsusi hərbi əməliyyat və Putinin hərəkətləri barədə mübahisə qanla bitib.
Hadisə zamanı 34 yaşlı ukraynalı həlak olub.
Polis bir nəfər Özbəkistan vətəndaşını və Şərqi Avropa ölkələrindən olan 2 sürücünü saxlayıb.
Azərbaycanpolisi.az