İsrailin baş naziri Binyamin Netanyahu ölkənin Livanda peycerlərin və digər rabitə vasitələrinin partladılması əməliyyatında iştirak etdiyini ilk dəfə etiraf edib. Bu barədə İsrailin baş nazirinin mətbuat katibi Ömər Dostri “AFP”-yə bildirib.
"Netanyahu bazar günü Livanda peycer əməliyyatı keçirməyə icazə verdiyini təsdiqlədi", - mətbuat katibi deyib.
Sentyabrın ortalarında Livanda “Hizbullah” hərəkatının üzvlərinə məxsus peycer və radio stansiyalarda güclü partlayışlar baş verib. Çoxu mülki vətəndaş olan üç minə yaxın insan yaralanıb və xəsarət alıb.
Partlayışlar nəticəsində uşaqlar da daxil olmaqla azı 37 nəfər həlak olub.
İsrail hücumları birbaşa şərh etməyib, lakin mediaya məlum olub ki, partlayışlar İsrail kəşfiyyat xidməti “Mossad” və İsrail ordusunun birgə əməliyyatı nəticəsində baş verib.
Almaz Həsənli
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




















.jpg)










.jpg)
















.jpg)




