Noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29 konfransında iştirak məqsədilə paytaxta səfər edəcək minlərlə ziyarətçini hərtərəfli məlumat dəstəyi ilə təmin etmək üçün COP29 Məlumat mərkəzləri fəaliyyətə başlayıb.
Bu barədə ACOP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib. Bildirilib ki, yeni fəaliyyətə başlayan COP29 Məlumat mərkəzlərinin məqsədi konfransla bağlı sorğulardan tutmuş konfrans müddətində paytaxtda qonaqlama məsələlərinə kimi müxtəlif sualları əhatəli və dəqiq şəkildə cavablandırmaqdır. COP29 Məlumat mərkəzlərinin xüsusi təlim keçmiş işçiləri ətraflı məlumat təqdim etməklə yanaşı, tədbir iştirakçılarının aidiyyəti mövzularda düzgün istiqamətləndirilməsi və müsbət ziyarətçi təcrübəsinin təmin edilməsi xüsusunda da dəstək göstərəcəklər.
Ümumilikdə doqquz Məlumat Mərkəzi Bakı şəhərinin müxtəlif ərazilərində, əsasən də qonaqlama məkanları və nəqliyyat baxımından əlverişli nöqtələrdə yerləşir. Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq çərçivəsində bu mərkəzlərdən yeddisi daha əvvəl şəhərin qonaqlarına xidmət göstərən mərkəzlərin bazasında, digər ikisi isə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunub.
Qeyd edək ki, məlumat əldə etmək üçün COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən istifadəyə verilmiş *1029 qısa nömrəsi və canlı çat vasitəsilə COP29 Çağrı Mərkəzi ilə də əlaqə saxlamaq mümkündür.
COP29 Məlumat mərkəzlərinin ünvanı:
1. Nizami küçəsi, “Nərgiz” Ticarət Mərkəzinin arxası
2. Dənizkənarı Milli Park, “Park Bulvar” Ticarət Mərkəzinin arxası
3. Albert Aqarunov küçəsi
4. “Koroğlu” metrostansiyası (Bakı Stadionu tərəfinə çıxış)
5. Heydər Əliyev Sarayı
6. “Port Baku” Ticarət Mərkəzinin çıxışı
7. “Sea Breeze Resort” kompleksi
8. Heydər Əliyev Beynəlxalq Aeroportu – Terminal 1
9. Heydər Əliyev Beynəlxalq Aeroportu – Terminal 2
Məlumat mərkəzlərinin iş saatları:
Şəhər ərazisində: 10:00-19:00
Heydər Əliyev Beynəlxalq Aeroportu: 24/7
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“





















































.jpg)
