“Times of Israel” xəbər verir ki, Amsterdamda yerli “Ayaks” klubu ilə İsrailin “Makkabi” (Təl-Əviv) komandası arasında keçirilən futbol matçından sonra israilli azarkeşlərə qarşı kütləvi hücumlar olub.
Hücumlar stadionun çıxışından başlayıb və bir neçə saat davam edib. Şahidlərin və İsrail mediasının bildirdiyinə görə, azarkeşlər aqressiv şəxslərdən ibarət qruplar tərəfindən hücuma məruz qalıb, onların çoxu soyuq silahlarla silahlanıblarmış. Şahidlər çoxsaylı döyülmə, insanların kanallara atılması, soyğunçuluq və oğurluğa cəhd halları barədə məlumat verirlər. Hücumçular həmçinin israillilərin gizləndiyi otellərə daxil olub, atəşfəşanlıq ediblər və Qəzza münaqişəsi ilə bağlı Fələstin tərəfdarı şüarlar səsləndiriblər. Hücumlar nəticəsində xəsarət alanlar olub, zərərçəkənlərin dəqiq sayı və dəymiş ziyanın həcmi hələ müəyyən edilməyib.
İsrail hökuməti artıq öz vətəndaşlarını təcili təxliyə etmək qərarına gəlib və qurbanları təxliyə etmək üçün Hollandiyaya iki təyyarə göndərib. Amsterdam polisi vəziyyəti nəzarətdə saxlamağa çalışır.
Təl-Əvivin “Makkabi” komandası cümə axşamı Amsterdamda yerli “Ayaks”la qarşılaşıb və 5:0 hesabı ilə məğlub olub.
Almaz Həsənli
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




















.jpg)










.jpg)
















.jpg)




