Donald Tramp kifayət qədər səs toplayıb. “Fox” xəbər verir ki, o, ABŞ-ın yeni prezidenti olacaq.
Bildirilir ki, ilkin hesablamalara görə, respublikaçı namizəd Donald Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində lazımi sayda seçici səsini təmin edərək qalib gəlib.
Amerika mediası və analitikləri hesablayıblar ki, Respublikaçı Donald Tramp qalib gəlmək üçün 270 səs lazım olduğu halda 277 səs toplayıb və ABŞ-ın 47-ci prezidenti olacaq. Onun siyasi rəqibi, Demokratlar Partiyasını təmsil edən Kamala Harris isə 226 səs toplaya bilib. Bu barədə “Fox News” xəbər verir.
Seçkilərin proqnozlaşdırılması xidməti “Decision Desk HQ” də bildirir ki, onun hesablamalarına görə, Tramp ABŞ prezidentliyi yarışında qalib gələcək.
“Polymarket” bukmeker kontoru Trampın qələbəsi ehtimalını 98%-ə çatdırıb.
“The New York Times” da Respublikaçı namizədin ABŞ prezident seçkilərində qalib gəlmək şansını 92%-dən 95%-ə yüksəldib.
“The Hill” artıq Donald Trampı prezident seçkilərinin qalibi elan edib. Proqnozlara görə, eks-prezident lazımi sayda seçici səsini toplayır. O, artıq digər siyasətçilərdən də təbriklər alır və tezliklə seçicilər qarşısında çıxış etməyə hazırlaşır. Harris də öz növbəsində tərəfdarları qarşısında çıxış etməyəcək.
Almaz Həsənli
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə




















.jpg)










.jpg)
















.jpg)




