Paytaxtın Nizami rayonunda oğurluq hadisələri qeydə alınıb. Rayonun Keşlə qəsəbəsi sakini polisə müraciət edərək anbar kimi istifadə etdiyi mənzilindən 30 min manat dəyərində 34 ədəd qapı, 16 ədəd kondisioner və inşaat materiallarının oğurlandığını bildirib.
Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı Əli Əliyev müəyyən olunaraq saxlanılıb. Ondan əlavə olaraq şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin də aşkarlanıb. Məlumatı mia.gov.az yayıb.
Digər bir tədbirlə Nizami rayonunda “VAZ” markalı iki avtomobilin akkumlyatorlarını oğurlayan 44 yaşlı Pərviz Allahverdiyev polislər tərəfindən saxlanılıb. Onun cinayət əməli təhlükəsizlik kameraları vasitəsilə də anbaan görüntülənib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Azərbaycanpolisi.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə.jpg)




















.jpg)










.jpg)
















.jpg)




