Rusiya məhkəməsi "google"ni 20 desilyon dollar məbləğində cərimələyib.
Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya tərəfi bunu "google"un ölkə mediasının məzmununu bloklaması ilə əsaslandırıb. Bu rəqəm Dünya Bankının qlobal ümumi daxili məhsulunun qiymətləndirməsindən də dəfələrlə çoxdur. Qlobal ÜDM 100 trilyon dollardır. Yəni əgər quql bu cəriməni ödəməli olsa yer kürəsində olandan daha çox pul tapmalıdır.
Bu ultra-fantastik cərimənin tarixi 2020-ci ilə gedib çıxır. Belə ki, proses 4 il əvvəl yutubun Rusiyanın radikal millətçi "Tsargrad" kanalını bağlamasından sonra başlayıb.
Rusiya KİV-in yazdığına görə, Putinin 2022-ci ildə Ukraynaya qanunsuz müdaxiləsindən sonra qadağan olunmuş siyahıya daha çox kanal əlavə edilib. Zvezda (Putinin Müdafiə Nazirliyinə məxsus telekanal) da daxil olmaqla 17 telekanal "google"u məhkəməyə verib.
"Google" Rusiya məhkəməsi tərəfindən "YouTube" platformasındakı kanalları sildiyinə görə İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilib. Məhkəmə şirkətə bu kanalları bərpa etməyi tapşırıb", - vəkil İvan Morozov TASS-a bildirib.
Məhkəmə "Google"-yə gündəlik 100 min rubl (1025 ABŞ dolları) məbləğində cərimə kəsib. Cərimə ödənilmədiyi üçün hər həftə iki dəfə artırılıb. Nəticədə "Google" indi ağlasığmaz miqdarda pul ödəməlidir.
"Google" deyir ki, Rusiya hakimiyyəti onun bank hesablarını ələ keçirib və filialı mahiyyətcə müflis olub.
Xatırladaq ki, "Google" dünyanın ən böyük axtarış sistemi və reklam sahəsində ixtisaslaşmış ABŞ şirkətidir. "Youtube" da bu şirkətin bir platformasıdır.
Oxuməni.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































