2023-cü il tarixdə ən isti il olacaq. Noyabrın temperatur rekordunu qıran ardıcıl altıncı ay olduğu aydınlaşdıqdan sonra Avropa iqlim dəyişikliyi xidməti "Kopernik" belə nəticəyə gəlib.
Noyabr ayının temperaturu planetin qeydə alınmış tarixdə ən isti şimal yarımkürə payızını yaşamasına səbəb olub. Xüsusilə, Avropa üçün 2023-cü ilin sentyabr-noyabr aylarında orta temperatur 10,96°C olub ki, bu da orta göstəricidən 1,43°C yüksəkdir. Noyabrın orta temperaturu 14,22°C olub ki, bu da son 30 ilin orta göstəricisindən 0,85°C yüksəkdir.
Noyabrda qlobal temperaturun belə yüksək olması və hətta dekabrdakı göstəricilər nəzərə alınmadan 2023-cü ilin əvvəllər tarixin ən istisi adını daşıyan 2016-cı ilin rekordunu qıracağından xəbər verir.
"Kopernik" alimlərinin hesablamalarına görə, indiyə qədər 2023-cü il , "sənaye dövrü"ndən əvvəl 1,46°C dərəcə , əvvəlki ən isti il olan 2016-cı ildən təxminən bir dərəcə yeddidə bir qədər istidir. Bu, dünyanın 2015-ci il "Paris Sazişi" çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə üçün müəyyən etdiyi beynəlxalq həddə çox yaxındır.
"Kopernik" xidmətinin alimləri deyirlər:
"İstixana qazlarının konsentrasiyası artmağa davam etdikcə, bu il gördüyümüzdən fərqli nəticələr gözləyə bilmərik. İsti dalğaların və quraqlığın təsiri ilə birlikdə temperatur yüksəlməyə davam edəcək."
Azərbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“





































.jpg)

.jpg)














