Heç bir rəqəmin xüsusi mənası yoxdur. Amma 13 rəqəmi eşitdikdə istər-istəməz ehtiyatlanırıq. 13 rəqəminin nə problemi var?
Qərbdə yaşayan bir çox insanlar 13-cü cümə günü fərqli davranırlar. Araşdırmalar göstərir ki, belə günlərdə xoşagəlməz hadisələr olur.
Cənubi Karolina Universitetinin sosiologiya professoru Barri Markovskinin sözlərinə görə, 13 rəqəminin pis reputasiyasının mənbəyi bir qədər qaranlıqdır. Ola bilsin ki, paranormal iddiaları araşdıran Co Nikelin qeyd etdiyi kimi, məsələ ondadır ki, 13 yaxşılıq və kamillik simvolu kimi 12 rəqəmi ilə təzad təşkil edir. (Məsələn: ildə 12 ay, 12 həvari və s. kimi.)
Bu nömrə məşhur, lakin arzuolunmaz qonaqlarla da əlaqələndirilə bilər. Məsihə xəyanət edən Yəhuda son şam yeməyinin 13-cü qonağı idi.
Ancaq reallıqda müxtəlif sosial-mədəni proseslər bədbəxtliyin hər hansı bir rəqəmlə əlaqələndirilməsinə səbəb ola bilməz. Məsələn: Yaponiyada bu rəqəm 9, İtaliyada 17, Çində 4 hesab olunur.
13 rəqəminin pis reputasiyasının bir hissəsi də insanlarda anomaliya və ya yadlıq hissi oyatması ilə bağlı ola bilər. Beləliklə, gündəlik həyatda bu rəqəm, prinsipcə, daha az yayılıb: Məsələn, 13-cü ay yoxdur. Elmi araşdırmalar göstərir ki, biz tanış olanı bəyənməyə, olmayanı isə rədd etməyə meylliyik.
Həmçinin, insanlar öz ifadələri üçün dəlil tapmaq istədikdə, bir-biri ilə heç bir əlaqəsi olmayan amillər arasında əlaqə tapmağa meyllidirlər...
Azərbaycanpolisi.az
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































