Antarktidada əriyən aysberqlər zəncirvari bir reaksiyaya səbəb ola bilər ki, bu da Yer kürəsini yeni buz dövrü ilə üz-üzə qoyacaq.
Oxuməni.az xəbər verir ki, bu barədə "Daily Mail" Kardiff Universitetinin tədqiqatçılarının məlumatlarına istinadən yazır.
Alimlər aysberqlərin əriməsi nəticəsində təmiz suyun Atlantik okeanına axdığını qeyd edirlər. Bu proses dünya okeanının sirkulyasiyasında dəyişikliklərə səbəb olur ki, nəticədə dünyanı yeni bir iqlim soyuması təhlükəsi gözləyə bilər. Tədqiqatçılar müəyyən ediblər ki, aysberqlərin əriməsi ilə okeanların dövriyyəsi arasında əlaqə son 1,6 milyon il ərzində hər buz dövrünün başlanğıcında mövcud olub.
Bundan əvvəl elm adamları buzlaqların əriməsi və qlobal istiləşmənin digər fəsadlarının dünya okeanı səviyyəsinin tədricən artmasına gətirib çıxaracağı və nəticədə insan tərəfindən mənimsənilən sahil zolaqlarının su altında qalacağı təhlükəsi barədə xəbərdarlıq ediblər.
Oxuməni.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“







































.jpg)

.jpg)












