ABŞ-ın Los-Anceles şəhərinin səmasında bir neçə aydır müşahidə olunan qeyri-adi fenomenə dair hələ də ağlabatan bir açıqlama verilmir.
Oxuməni.az xəbər verir ki, təxminən 900 metr yüksəklikdə müşahidə olunan naməlum şəxsin videosu Slinq Pilot Akademiyasının pilot təlimatçısı Brendi Fogelman tərəfindən çəkilib.
Fogelmanın sözlərinə görə, jetpək (raketli bel çantası — red.) ilə uçan insana bənzəyən naməlum obyekt təlim uçuşu zamanı görünüb. Eyni zamanda, onun səmada olması barədə heç bir məlumat verilmir.
"Nyu York Tayms" jurnalının verdiyi məlumata görə isə hazırda jetpəklərin çoxu bu qədər yüksəklikdə uçmağa qadir deyil.
"Uçan adam" haqqında məlumat ABŞ Federal Aviasiya İdarəsinə (FAİ) ötürülüb. Hazırda videonun həqiqi olub-olmaması araşdırılır. Federal Tədqiqatlar Bürosu (FTB) da bu işlə maraqlanır.
Qeyd edək ki, bu obyekt Los-Ancelesdə daha əvvəl də görünüb. Avqust ayının sonunda "jetpəklı oğlan"ı səmada iki avaşirkət pilotu, payızda isə bir pilot görüb.
Oxuməni.az videogörüntüləri təqdim edir:
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi
Gəncədə qadın bıçaqlanıb, əri şübhəli bilinir






















.jpg)


















.jpg)







