Yeməyə xüsusi dad və ləzzət vermək üçün salat, tərəvəz, ət və balıq yeməklərinə əlavə edilən şüyüd süfrələrdə ən çox istifadə olunan göyərtilərdəndir.
Mediainfo.az xəbər verir ki, şüyüdün tərkibində B və C vitaminləri, fol turşusu və kalsium, kalium, fosfor və dəmir duzları var. Ondan istifadə edilməsi görmə qabiliyyətinə faydalı təsir edir, sinir sisteminin fəaliyyətini gücləndirir.
Şüyüdün cəfəri kimi kəskin qoxusu yoxdur və xoş dadı var. Onun qəbul edilməsi iştahanı artırır və mədə-bağırsaq traktının işini yaxşılaşdırır. Bitkinin heyrətamiz bir xüsusiyyəti də körpələrdə qarın problemini aradan qaldırmasıdır. Bunun üçün süd verən anaların onu öz menyusuna əlavə etməsi lazımdır.
Bundan əlavə, göyərti maddələr mübadiləsini yaxşılaşdırır. Artıq çəki problemi zamanı da onun rasiona əlavə edilməsi müsbət nəticələr verir. Şüyüd infeksiya ilə mübarizədə də təsirli vasitədir, ona görə sistit və böyrək xəstəlikləri zamanı ondan istifadə məsləhətdir.
Qıcıqlanmış dərini sakitləşdirdiyinə və iltihabı aradan qaldırdığına görə ev şəraitində kosmetoloji vasitə kimi də istifadə olunur.
Şüyüdün faydalı xüsusiyyətlərindən biri də yuxusuzluğa qarşı müsbət təsiridir. Ondan istifadə etməklə ağır iş və xroniki yorğunluq səbəbindən ortaya çıxan yuxu problemlərindən azad olmaq və baş ağrısını müalicə etmək mümkün olur. Ürək-damar sisteminə təsiri çox faydalıdır, o qan təzyiqini azaldır və orqanizmi sakitləşdirir. Şüyüd dəmləməsi soyuqdəyməyə kömək edir.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“








































.jpg)

.jpg)











