Limon duzu, mətbəxlərdə istifadə edilən, əslində sitrik turşu kimi tanınan və antioksidant təsirini artırdığı üçün yeməklərin daha təzə qalmasını təmin edən vasitədir.
Mediainfo.az xəbər verir ki, limon duzunun təbii tərkibli olduğu düşünülsə də əslində kimyəvi proseslər nəticəsində əldə edilən rəngsiz və kristal görünüşlü bir duzdur.
Limon duzu haralarda istifadə edilir?
E330 kimi tanınan sitrik turşu; yəni limon duzu maddəsi bir çox fərqli hazır məhsulun tərkibində istifadə edilir. Qida sektorunda bəzi şirniyyat növlərinin istehsalında, dərman sektorunda və bəzi hazır içki növlərinə dad vermək məqsədilə istifadə edilir.
Limon duzu, mətbəxdə salatların və xörəklərin tərkibində istifadə edilir. Hətta zeytun turşusunda, turşular və mürəbbə hazırlanmasında da istifadə edilir. Limon duzu yalnız qidaların deyil, evdarlıqda da təsirli olan bir maddədir. Ərp tutmuş çaydan, kettle (su qızdırıcı), qazan kimi mətbəx ləvazimatları üçün daha təbii bir əhəng sökücü olaraq istifadə edilir. Qabyuyan maşınları üçün təsirli bir qabyuyan duzu kimi istifadə edilə bilər. Limon duzunun faydaları nələrdir? Bağırsaqların təmizlənməsini təmin edir. Qaraciyər və böyrək fəaliyyətlərinə müsbət istiqamətdə təsir göstərir. Tərkibindəki C vitamini və antioksidantlar ilə orqanizmi qidalandırır. İmmunitet sisteminin güclənməsində təsirlidir. Böyrəkdə və öd kisəsində olan daşların düşməsinə köməkçi olur.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“








































.jpg)

.jpg)











