ABŞ-ın Cənubi Karolina Tibb Universitetinin alimləri İndoneziyanın Manado bölgəsində yaşayan dəniz süngərlərindən əldə edilmiş maddənin uşaqlıq boynu xərçəng hüceyrələrinin böyüməsini dayandıra biləcəyini müəyyən edib.
Mediainfo.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər "Medical Xpress"ə verdiyi açıqlamada xərçəngin yeni təbii müalicə üsulunun tapıldığını bildirib. Tədqiqatçılar manzamin A-nın xərçəng hüceyrələrinin böyüməsinə və məhv edilməsinə təsirini araşdırıb. Maddə neoplazmanın böyüməsini dayandırıb və bəzi hüceyrələrin ölümünə səbəb olub, lakin normal xərçəng olmayan hüceyrələrə eyni təsir göstərməyib. Manzamin A qapalı həyat tərzi sürən çoxhüceyrəli dəniz heyvanları tərəfindən ifraz olunur.
Məlum olub ki, manzamin A müxtəlif onkoloji xəstəliklərdə müşahidə olunan müəyyən zülalın yüksək səviyyədə ifraz olunmasını azaldır. Bu maddə məlum protein inhibitorlarına bənzər quruluşa malikdir, lakin onlardan onqat daha təsirli olur.
Gələcəkdə alimlər manzaminin heyvanlar üzərində təsirini sınamağı, həmçinin insanları əhatə edən klinik sınaqlar keçirməyi planlaşdırırlar.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















