Alimlər iqlim fəlakəti ilə bağlı həqiqəti ortaya qoydular.
Mediainfo.az xəbər verir ki, tədqiqatçıların nəticələri phys.org saytında yayımlanıb.
Yayımlanan məlumata əsasən, ABŞ-ın Rochester Universitetinin alimləri müəyyənləşdiriblər ki, bəşəriyyətin istehsal etdiyi metan istixana qazının miqdarı uzun müddətdir nəzərə alınmır. Yeni hesablamalara görə, real antropogen emissiyalar gözləniləndən 25-40% yüksəkdir.
Alimlər, 200 il əvvəl necə olduğunu öyrənmək üçün Yer atmosferindəki karbon-14 izotopunun miqdarını ölçüblər. Bunun üçün Qrenlandiyadan gələn və içərisində o dövrün hava baloncukları olan buz nümunələrinin təhlili aparılıb. Məlum olub ki, 1870-ci ilə qədər havadakı metanın demək olar ki, hamısı bioloji mənşəli olub. Sonralar antropogen qaz tullantıları yanacaqların artması ilə əlaqədar artmağa başlayıb.
Müəyyən olunub ki, metan, qlobal istiləşməyə səbəb olan karbon qazından sonra ikinci ən böyük istixana qazı tullantılarıdır. Alimlər metan tullantılarının azaldılmasının yaxınlaşan iqlim fəlakəti ilə mübarizə üçün ən təsirli yollardan biri olduğunu söyləyirlər.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















