Ətirli çay süfrədə ən çox içilən və sevilən nemətlərdən biridir. Ətirli çay yorğunluğu çıxarmaqla yanaşı, həm də sağlamlıq üçün faydalıdır. Ləziz dadı və qoxusu ilə yanaşı faydaları da çox olan həmin çaylar əsəbləri sakitləşdirir, stressi azaldır.
Mediainfo.az xəbər verir ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-terapevti Taleh Abbasov bu barədə deyib:
"Ətirli çayların orqanizmə təsiri qara çaylarla eynidir. Tərkibində 300-dən çox mineral maddələr olduğuna görə gərginliyi aradan qaldırır, zehni sakitləşdirir. Lakin onların bir sıra mənfi xüsusiyyətləri var. Məsələn, mədə və qaraciyər xəstəliyindən əziyyət çəkənlərin, bağırsağında qum və daş olanlara ətirli çay içmək məsləhət görülmür".
Aromatizasiya üsulu və dərəcəsindən çox şey asılıdır. Bu, çayların dadını və qoxusunu tənzimləməkdə böyük rol oynayır. Ətir verən komponentlərə meyvələr, çiçək ləçəkləri, otlar, sitrus bitkilərinin qabığı, ətriyyat, şokolad, bal və s. daxildir.
Ətirli çayları saxsı qablarda dəmləmək lazımdır. Dəmləmə zamanı köpük yaranması efir yağlarının buxarlanmağının və çayın düzgün dəmlənməsinin göstəricisidir.
Mediainfo.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































