İnsan sağlamlığına müsbət təsir göstərən məhsullardan biri də qarabaşaqdır. Onun tərkibində çox miqdarda manqan, maqnium, dəmir kimi minerallar var. Fitin turşusu sayəsində onlar bişirildikdən sonra da yaxşı həzm olunurlar.
Mediainfo.az "MedikForum.ru" saytına istinadən qarabaşaqın əsas faydalarını təqdim edir:
Ürəyin sağlamlığını yaxşılaşdırır
Qarabaşaqın tərkibində rutin və sellüloz kimi ürək üçün faydalı olan birləşmələr var. Bu məhsul qan dövranını da yaxşılaşdırır.
Həzm prosesini yaxşılaşdırır
Qarabaşaqın tərkibindəki qida lifləri həzm prosesini dəstəkləyir, qidanın həzm yolunda hərəkət etməsinə kömək edir. "Gastroentereology Review"da dərc olunan tədqiqat göstərmişdi ki, qida lifləri iltihabi bağırsaq xəstəlikləri riskini aşağı salır.
Qandakı şəkərin səviyyəsini idarə edir
Qarabaşaq çətin karbohidratlar mənbəyidir. Bu karbohidratlar gec həzm olunur, öz növbəsində, qandakı şəkərin səviyyəsinə az təsir göstərir. Bu, qanda şəkərin səviyyəsinin yavaş-yavaş qalxmasına və uzun müddət stabil qalmasına gətirib çıxarır. Sellülozla zəngin pəhrizlər qlikemik nəzarəti yaxşılaşdırmağa və hiperinsulinemiyanı azaltmağa kömək edir.
Çəkini idarə etməkdə kömək edir
Tədqiqatlara əsasən, zülal bədən çəkisinin tənzimlənməsində xüsusi rol oynayır. Tədqiqatçılar bunu toxluq və ya yeməkdən sonrakı toxluq hissi ilə əlaqələndirir. Toxluğu artıran qidalar aclığın qarşısını daha uzun müddət saxlayır və bununla da, ümumi kalori qəbulunu azaldır.
Mediainfo.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































