ABŞ Kosmik Agentliyinin (NASA) yeni "HabEx" teleskopu şəraitinə görə Yer kürəsinə bənzəyən planetlərin axtarışı ilə məşğul olacaq. Layihənin dəyəri 7 milyard dollardan çox qiymətləndirilir.
Mediainfo.az-ın məlumatına görə, Yer kürəsində baş verə biləcək mümkün potensial ekoloji fəlakətlər və əhali sayının artımı ilə əlaqədar gələcəkdə bəşəriyyət "ehtiyat planetə" ehtiyac duyacaq. Bu məqsədlə "NASA" belə göy cisimlərinin axtarışı üçün teleskop təklif edib: "Habitable Exoplanet Observatory" (HabEx) adlı missiya məhz şəraiti Yerdəkinə yaxın planetləri axtaracaq.
"Bizim məqsədimiz həyatı dəstəkləyə bilən planeti axtarmaqdır. Tərəfimizdən Günəş sistemindən kənar bir neçə planetin identifikasiya edilməsinə baxmayaraq indiyədək onların heç birində həyat üçün zəruri elementlər aşkarlanmayıb. "HabEx" missiyası bizə bu işin öhdəsindən gəlməyə kömək edəcək", – "NASA" əməkdaşı və Ohayo Universitetinin elmi əməkdaşı Skott Qaudi bildirib.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















