Azərbaycan alimlərinin iştirakı ilə aparılan beynəlxalq tədqiqat nəticəsində elm üçün yeni olan ilan növü aşkarlanıb.
Bu barədə Mediainfo.az-a tədqiqatda iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun Zooloji Muzeyinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova məlumat verib.
Onun sözlərinə görə, beş il davam edən tədqiqat Azərbaycan, Polşa, Ukrayna, Türkiyə və Rusiya alimlərinin birgə iştirakı ilə aparılıb. Tədqiqat nəticəsində Elaphe sauromates növünün elm üçün yeni olduğu aşkarlanıb:
"Tədqiqat zamanı morfoloji və genetik materiallardan istifadə olunaraq Elaphe sauromates növünün zoocoğrafiyası tədqiq olunub. Nəticədə bu taksonun iki fərqli təkamül xəttinə ayrıldığı və xətlərdən birinin tamamilə yeni kriptik təkamül xətti olunduğu müəyyən edilib. Bu kriptik növün Elaphe sauromates növü ilə birlikdə Miosen-Pliosen sərhədində əcdad növdən ayrıldığı müəyyən edilib. Başqa sözlə, bu ilanın meydana çıxma dövrü milyon illər qabaq olub".
S.Bünyatova qeyd edib ki, yeni ilan növünün yayılma arealı Türkiyə, Gürcüstan, Azərbaycan, Ermənistan, İran, İraq və Dağıstanı əhatə edir. İlanın ümumi uzunluğu 120 sm, bədən uzunluğu 100 sm, quyruq uzunluğu 20 sm-ə qədərdir: "İlanın bədəni üstdən açıq sarı və ya parlaq sarı rəngdədir. Bədən boyunca 50-65 ədəd qəhvəyi və ya qaramtıl dairəvi xallar yerləşir. Başı üstdən tünd rəngli olduğundan naxışları aydın seçilmir".
Mediainfo.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































