Soyuq günlər yaxınlaşdıqca xəstəliklərdən qorunmaq üçün immuniteti gücləndirmək lazımdır. Bunun üçün A, E və S vitaminləri qəbul edilməsi faydalıdır. Bibər, ispanaq, limon və narıngi S vitamini ilə zəngindir. E vitamini isə daha çox yağlarda, o cümlədən balıq yağında və fındıq meyvəsində daha çox üstünlük təşkil edir.
Bu barədə həkim-dietoloq Ləman Süleymanova deyib. Onun dediyinə görə, qış mövsümü zamanı balanslaşdırılmış qida qəbul edilməlidir. Əlbəttə ki, hər kəsin fərqli seçimi ola bilər, lakin səhər yeməyinin bir dilim qızardılmış tost çörək, yumurta, 4 zeytun, bir qədər pendir və ya kəsmikdən ibarət olması daha çox məsləhətdir. Xüsusilə qış mövsümündə orqanizm tələb etmədikdə də mümkün qədər çoxlu su, gün ərzində 10-14 stəkan içilməlidir.
"Qış fəslində Omeqa-9 yağından istifadə etmək tövsiyə olunur. Lakin pəhriz rejimində olanlar Omeqa-3 yağına üstünlük verməlidirlər. Naharda ət yeyilibsə, şam yeməyi zamanı balıq, toyuq, göbələk kimi zülallarla zəngin qidalardan istifadə edilməsi daha yaxşıdır. Həmin qidaları sevməyənlər paxlalı bitkilərdən - qarğıdalı, noxud, lobyadan daha çox istifadə etməli və ya onları salatlara əlavə edib yeməlidirlər",- deyə həkim-dietoloq fikrini yekunlaşdırıb
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“








































.jpg)

.jpg)











