Pendir, şokolad, avokado, zeytun yağı kalorili olmalarına baxmayaraq, sağlamlıq və bədən quruluşuna müsbət təsir göstərirlər. Mediainfo.az-ın məlumatına görə, bu barədə "Sm News" portalı yazıb.
Pendir. Əzələ yığmaqda kömək edən zülalla yanaşı, pendirdə çoxlu maqnium, kalsium, fosfor, B12 vitamini var ki, onlar da bağırsaqda metabolik proseslərin düzgün tənzimlənməsinə xidmət edir.
Şokolad (qara). Şokoladın tərkibində çoxlu yağ olmasına baxmayaraq, faydalı mikroelementlərin (maqnium, dəmir, kalium, manqan, natrium, B1 və B2 vitaminləri) zənginliyi sayəsində bu məhsul xolesterinin toplanmasını azaldır. Bundan başqa, qara şokalad hədsiz iştahın ideal yatırıcısıdır.
Yumurta. Tərkibindəki böyük miqdarda xolesterinə görə o, yağlı məhsullara aiddir. Lakin son tədqiqatlar göstərir ki, yumurtanın tərkibindəki xolesterin qandakı xolesterinin səviyyəsinə təsir göstərmir. Bu məhsul bizi orqanizm tərəfindən asanlıqla həzm olunan zülalla təmin edir. Bədən quruluşunun ideal olmasında vacib qida maddələrindən biri də zülaldır.
Avokado. İsrailli alimlər kaliumla zəngin olan məhsulların çəkinin azalmasına təsir göstərdiklərini müəyyən ediblər. Avokado tərkibindəki kaliuma görə yetərincə fərqlənir. Onda digər meyvələrlə müqayisədə 40% daha çox kalium var.
Zeytun yağı. O, iştahı və qan təzyiqini aşağı salır, eləcə də anti-iltihabi gücə malikdir. Zeytun yağı sürətli yağ yandırmağa müsbət təsir göstərir.
Mediainfo.az
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi



























.jpg)


















.jpg)

