Boğaz ağrısı zamanı nə etməli?

Boğaz ağrısı zamanı nə etməli?

Udqunan zamanı olan boğaz ağrısı ilə əksəriyyətimiz tanışıq.

Mediainfo.az-ın məlumatına görə, çox vaxt bu simptom bizi soyuqlama zamanı müşayiət edir. Biz cızılma, yanma, qıcıqlanma, göynəmə, "yad cisim" hissiyatını hiss edirik.

Boğaz ağrısının səbəbləri. Çox vaxt boğaz ağrısı, burun-udlaq və qırtlağın iltihabi xəstəliklərinə (faringit, laringit, tonzillit və ya angina) səbəb olan virus, bakterial və ya göbələk infeksiyasının əlamətləridir. Boğazın bakteriya və viruslarla yoluxmasına səbəb olan amillər bunlar ola bilər: soyuqlama, quru hava, tənəffüs yollarının qıcıqlandıran maddələrin təsirinə məruz qalması, soyuq içkilərin istifadəsi, travmalar (məsələn, boğazın balıq sümüyü ilə zədələnməsi), bədənin ümumi müqavimətinin azalması (xroniki xəstəliklər, stress zamanı).

Həmçinin, boğaz ağrısı digər səbəblərdən də meydana çıxa bilər: allergiya (çiçəklərin tozcuğu, toz, kif, ev heyvanlarının kəpəklərinə), həddindən artıq quru, qapalı havaya spesifik reaksiya, müxtəlif qıcıqlandırıcılar, həzm pozğunluqları və s.
Boğaz ağrısını profilaktikası. Boğaz ağrısına səbəb ola biləcək xəstəliklərin, o cümlədən udma zamanı xəstəliklərin qarşısının alınması daxildir: spirtli içki və siqaretdən imtina etmək, soyuqdan uzaq olmaq, ümumi immuniteti gücləndirmək, şəxsi və ümumi gigiyena qaydalarına əməl etmək, boğaz ağrısına səbəb ola biləcək digər xəstəliklərin müalicəsini etdirmək (sinusit, karies, otit).

Boğaz ağrısının müalicəsi üsulları. Xəstəlik zamanı ədviyyatlardan qaçın - boğazı qıcıqlandırırlar. Yediyiniz hər bir şey ilıq olmalıdır - soyuq və ya çox isti temperatur zədələnmiş selikli qişanı qıcıqlandırır. Vaxtında başlanan ağız yaxalamaları xəstəliyin daha da ağırlaşmasına mane ola bilər. Müalicəvi sorma həblərdən istifadə edin. Sorma və çeynəmə zamanı çox miqdarda tüpürcək ifraz olunur ki, bu da antiseptik və müalicəvi xüsusiyyətlərə malikdir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az