Beynəlxalq birlik hər il dekabrın 10-da İnsan Hüquqları Gününü qeyd edir. BMT Baş Məclisi 1948-ci ilin həmin günü İnsan Hüquqları haqqında Ümumi Bəyannamə qəbul edib.
Mediainfo.az-ın məlumatına görə, İnsan Hüquqları Günü ilk dəfə 1950-ci ildə - BMT Baş Məclisi bütün dövlətlərə və əlaqədar təşkilatlara müraciət edərək, onları hər il dekabrın bu gününü İnsan Hüquqları Günü müəyyən etməyə çağıran 423(V) nömrəli qətnaməni qəbul etdikdən sonra qeyd olunmağa başlanıb.
Bəyannamə siyasi, mülki, sosial, mədəni və iqtisadi hüquqların geniş siyahısını özündə ehtiva etsə də, riayət edilməsi məcburi olmasa da, insan hüquqları sahəsində vahid beynəlxalq standart formalaşdıran 60-dan çox vasitənin tətbiqinə imkan yaradıb.
Bəyannamədə təsbit olunmuş əsas insan hüquqlarının BMT-nin üzvü olan bütün ölkələr tərəfindən tanınması onun təsir gücünün artmasına kömək edir, həyatımızda insan hüquqlarının əhəmiyyətini qabardır.
BMT-nin insan hüquqları sahəsində əsas vəzifəli şəxsi olan insan hüquqları üzrə ali komissar və onun Administrasiyası İnsan Hüquqları Gününü hər il qeyd etmək üçün səylərin əlaqələndirilməsində əhəmiyyətli rol oynayır.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















