Dünyanın ən böyük rəng nüfuzu olan "Pantone" şirkəti 2020-ci ilin rəngini açıqlayıb.
Mediainfo.az xarici mediaya istindən xəbər verir ki, sakitliyin rəngi olan klassik mavi dünyada güvən duyğusu və istiqamət axtarma ehtiyacını izah edir. İlin rəngi mədəni və iqtisadi dəyişikliklərə görə müəyyən edilir.
"Pantone" 2020-ci ilin rənginin "klasik mavi" olaraq açıqlayıb. 2000-ci ildən bəri hər il ilin rəngini seçən "Pantone Rəng İnstitutu"nun mütəxəssisləri texnologiya ilə şəkillənən yeni dünyanın sürətinə və yüksək stressinə qarşı mavinin rahatladıcı bir təsiri olduğunu qeyd ediblər.
Mütəxəssislər mavinin eyni zamanda səma rəngi olması səbəbi ilə də dünyada bir çox insanda eyni təsirlər ortaya çıxara biləcəyini də vurğulayıb. Verilən açıqlamaya görə, sadəliyi ilə son dərəcə zərif olan klassik mavi güvənverici keyfiyyətləri sayəsində yeni bir ilə keçərkən etibarlı və sabit bir təməl yaratmaq istəyimizi də diqqətə çatdırır. İnsan ruhuna hüzur verici bir təsiri olan mavi konsentrasiyaya kömək edir və düşüncələrə müsbət təsir göstərir. Həmçinin, mavi rəngin güvənverici düşüncəsi ilə bir çox markalar loqo olaraq məhz bu rəngi seçirlər. Bir çox bankların rəngi də buna görə mavidir. "Facebook" da istifadəçilərin özəl məlumatlarını firmada təhlükəsiz olaraq qaldığını bildirmək və istifadəçilər arasında etibar bağı yaratmaq üçün mavi rəngi istifadə edir.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















