ABŞ və Braziliya alimləri tərəfindən istifadəçinin göz yaşları vasitəsilə qanda şəkərin səviyyəsini ölçə bilən eynək üçün biosensor hazırlanıb. Mediainfo.az-ın məlumatına görə, cihazın dünya üzrə şəkərli diabet xəstəliyindən əziyyət çəkən 380 milyon insana kömək edəcəyi gözlənilir.
Eynəyə quraşdırılmış yeni biosensor istifadəçinin göz yaşında qlükozanın molekullarını müəyyən etməklə yanaşı, qanda şəkər, vitamin və alkoqolun səviyyəsini də ölçür.
Belə ki, qlükoza oksidi ilə təmas zamanı istifadəçinin göz yaşı elektronların axınını dəyişdirərək siqnal formalaşdırır. Daha sonra isə eynəyin qövsündə quraşdırılmış qurğuda yazılıb emal edilən nəticələr real vaxt çərçivəsində kompüterə və ya smartfona yönləndirilir.
Mediainfo.az
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Bakıda polis SMM fırıldaqçısını saxlayıb





















































