Zirincin digər adı "şimal limonu"dur. Zirincin kimyəvi tərkibi həqiqətən limona bənzəyir.
Zirinc faydalı orqanik turşular və vitaminlərlə zəngindir. Bu giləmeyvə ürəkbulanması zamanı yaxşı kömək edir, sidik yollarını təmizləyir, soyuqdəymə zamanı sağalmanı tezləşdirir, qadınlarda güclü menstruasiya qanaxmalarını və doğuşdan sonra qanaxmaları azaldır.
Zirinc qaraciyər və öd kisəsi üçün də çox faydalı sayılır.
Zirincin tərkibində olan "berberin" maddəsi güclü iltihabəleyhinə təsirə malik olduğundan qaraciyər və öd kisəsində iltihabları azaldır, ödün ifrazını yaxşılaşdırır.
Mediainfo.az saglamolun.az-a istinadən xalq təbabətində geniş istifadə olunan qaraciyər və ödün sağlamlığı üçün faydalı zirinc dəmləməsinin reseptini təqdim edir.
1 x.q. zirinci 1 stəkan isti suda yarım saat ərzində dəmləyin, sonra gündə 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla qəbul edin. Dəmləməyə bal əlavə edə bilərsiniz.
Bu dəmləmə həmçinin soyuqdəymə zamanı çox yaxşı kömək edir.
Mediainfo.az
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü





















































