Tədqiqatçılar beynin tez qocalmasının səbəbini açıqlayıb.
Mediainfo.az xəbər verir ki, Harvard Universitetinin Bostonda yerləşən tibb məktəbinin tədqiqatçıları orta yaşlı insanlarda metabolik sindromun beyni erkən qocaltdığını iddia edir.
Tədqiqatın nəticələri "MedicalXpress"də dərc olunub.
Metabolik sindrom özünü piylənmə, hipertoniya, qanda şəkərin və xolesterinin miqdarının artması şəklində göstərir.
Araşdırma ərzində 37-55 yaşlı kişi və qadınların baş-beyin kompüter tomoqrafiyası tətbiq edilib. Eyni zamanda onlar arasında məntiqi testlər də aparılıb.
Tədqiqatın nəticələrinə əsasən, metabolik sindromu olanlarda beyin həcmi sağlam şəxslərlə müqayisədə kiçik olur. Həmin şəxslərdə qanda şəkərin çoxalması, demensiya və Altsheymer xəstəliyi riski yüksəkdir.
Metabolik sindromun qarşısının alınması üçün həkimlər balıq, meyvə-tərəvəz və taxıl məhsullarını tövsiyə edir.
Mütəxəssislər hesab edir ki, fiziki fəaliyyət də beynin işini yaxşılaşdıra bilər.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















