ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) Qoddard adına Kosmik Uçuşlar Mərkəzinin alimləri Yupiter planetinin "Europa" təbii peykində böyük su buxarı aşkar ediblər.
Mediainfo.az-n məlumatına görə, astronomlar Havay adalarındakı Kek rəsədxanasının göy cisimlərinin atmosferinin kimyəvi tərkibini müəyyən etmək üçün spektroqrafdan istifadə etməklə aparılan 17 müşahidənin nəticəsində əldə olunan məlumatları təhlil ediblər. Onlar bu qənaətə gəliblər ki, su buxarının yaranması əvvəllər hesab olunduğu kimi o qədər də aktiv baş vermir. Onlar ayrı-ayrı intensiv püskürmə nəticəsində meydana gəlirlər.
Bildirilir ki, NASA-nın qarşıdakı "Europa Clipper" missiyası 2023-cü ilədək Yupiter planetinin buzlu təbii peykinin səthini təfərrüatı ilə öyrənməyə imkan verəcək. Bu kosmik aparat təbii peykin ətrafında 45 dəfə dövr edərək kameralar, spektrometrlər və radarları vasitəsilə geniş tədqiqat aparacaq.
Mediainfo.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“








































.jpg)

.jpg)











