Rusiyanın Moskva şəhərində keçirilən hərracda Sovet İKP MK-nın keçmiş Baş katibi Leonid Brejnevin sürücülük vəsiqəsi satılıb. Mediainfo.az-ın "MİR 24"də istinadən məlumatına görə, lotun son qiyməti 1 milyon 550 min rubl təşkil edib.
Satışa vəsiqə ilə bərabər sürücünün qayda pozuntularının qeyd edildiyi xəbərdarlıqlar talonu da çıxarılmışdı. Sənəddə qayda pozuntusuna dair heç bir qeyd yoxdur.
Qeyd edək ki, sürücülük vəsiqəsini vaxtı ilə Leonid Brejnevə Daxili İşlər naziri Nikolay Şelokov onun 70 illik münasibəti ilə hədiyyə etmişdi. Vəsiqə Baş katibə traktor, avtobus, motosiklet və s. nəqliyyat vasitələrini idarə etmək hüququnu verirdi.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















