Yaponiyanın "Aspark" kompaniyası Dubayda avtosalonda dünyanın ən güclü avtomobili adına namizəd olan "Owl" elektrik hiperkarını təqdim edib. Mediainfo.az-ın məlumatına görə, bu barədə "Motor.ru" nəşri yazıb.
Hazırlanmasına 7 ilə yaxın vaxt sərf edilən hiperkar 1900 kiloqramdır. O, 2040 at gücündə olan dörd elektrik mühərriklə təchiz edilib. Bu göstəricisinə görə "Owl" iyul ayında təqdim edilən 2000 at gücündə olan "Lotus Evija" hiperkarını üstələyir.
Hiperkar 100 km/saat sürəti 1,7, 300 km/saat sürəti isə 10,6 saniyəyə yığır. "Owl"un maksimal sürəti 400 km/saat-dır.
"Aspark" 50 ədəd "Owl" hiperkarı istehsal etmək niyətindədir. Maşınların qiyməti isə 3 milyon avrodan başlayacaq.
Bu avtomobilə sahib olmaq üçün 50 min avro ilkin ödəniş etmək və növbə gözləmək lazımdır. Son qiymət (2 900 000 avro) sifarişçinin şəxsi istəklərindən asılı olaraq dəyişə bilər.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“








































.jpg)

.jpg)











