Zimbabvenin Xvanqe şəhərində 6-cı sinif şagirdi rəfiqəsini timsahın dişlərindən qurtarıb.
"Lenta.ru" xəbər verir ki, yırtıcı 9 yaşlı Latoya Muvaniyə dostları ilə çayda çimdiyi zaman ona hücum edib.
Timsah qızı əlindən və ayağından tutub suyun altına dartıb. 11 yaşlı Rebekka Munkombve rəfiqəsinin çığırtısını eşidib onun köməyinə tələsib.
"Uşaqların arasında ən böyüyü mən idim, buna görə hiss etdim ki, ona yalnız mən kömək edə bilərəm. Dərhal suya tullandım və onlara tərəf üzdüm", - deyə Rebekka hadisənin təfərrüatlarını danışır.
Timsahın belinə dırmaşan cəsur qızcığaz onu yumruqlayıb və barmaqlarını gözünə soxub. Belə hücuma dözməyən heyvan Latoyanı dişlərindən buraxıb və dərhal aradan çıxıb.
Rebekka qan içində olan rəfiqəsini sahilə daşıyıb, orada isə dostları qızı sudan çıxarmağa kömək edib. Zərər cəkmiş Latoyanı xəstəxanaya yerləşdiriblər.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“








































.jpg)

.jpg)











