"Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə böyük şairimiz İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə noyabr ayının sonunda bir gündə 650 min ağacın əkilməsi ilə Azərbaycanda yeni bir rekorda imza atılacaq. Bu xeyirxah və nəcib təşəbbüs çərçivəsində hər kəs ağac əkmək fürsəti qazanacaq, yaşıllıqların, meşə sahələrinin nəzərəçarpacaq artımı baş verəcək".
Mediainfo.az xəbər verir ki, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
Onun sözlərinə görə ölkənin bütün bölgələrində bu tədbirə ciddi hazırlıq işləri gedir. Əkiləcək ağacların hamısı Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin və Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilib:
"Bu nəcib təşəbbüsə qoşulmaqla həm böyük şairin ruhuna öz ehtiramımızı bildirəcək, həm də bir gündə 650 min ağac əkməklə ətraf mühitin sağlamlaşdırılmasında örnək bir addım atmış olacağıq. Hər kəsi bu möhtəşəm aksiyaya qoşularaq ağac əkməyə və əkilən ağaclara vaxtaşırı qulluq etməyə çağırırıq. Əkilən hər ağac sağlam gələcək, sağlam ətraf mühit deməkdir".
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(077) 767 06 66
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə








.jpg)










.jpg)
















.jpg)
















